Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti qollarını vurub.
“Yeni Gündəm” xəbər verir ki, 24 yaşlı hücumçu “Yagelloniya” ilə yoxlama oyununda dubl edib. Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib
Nəticədə Mahirin komandası qarşılaşmanı qalib başa vurub – 2:0.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya “Bişofshofen”ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya “Krasnodar”ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub – 1:1.