Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Xorvatiya çempionatında 3-cü tur matçına çıxıb.
“Yeni Gündəm” xəbər verir ki, Zaqreb təmsilçisi doğma meydanda “İstra” ilə qarşılaşıb. Oyun “Dinamo”nun 4:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir də bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Emreli vurub. Millimizin üzvü 88-ci dəqiqədə fərqlənib.