Türkiyənin məşhur müğənnisi Emre Altuğ səhnə fəaliyyətinin 20 illiyini qeyd edib.
“Yeni Gundem” xəbər verir ki, sənətçi bu münasibətlə “TİM Show Center”də solo konsert verib.
Müğənnini Özgür Sevinçin rəhbərliyi altında Sinema Simfonik Orkestri müşayiət edib. Konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandıran Emre bu illərin ona çox şey öyrətdiyini qeyd edib:
“Bu gün keçirdiyim 20 ili sizinlə paylaşacam. Bu gecə gözəl anlarımızı yad edəcəyik”.
Səhnəyə çıxan pop ifaçısını izləyənlər arasında keçmiş xanımı Çağla Şikel, oğlanları Uzey-Kuzey, Haldun Dormen, Hülya Koçyiğit, Göksel Kortay və başqaları olub.
Musiqili gecədə səhnəyə Sıla da çıxıb. Emre həmkarının onun üçün bəstələdiyi “Zəhmət olmasa” mahnısını duet şəklində ifa edib. O, bundan əlavə, Selami Şahinlə də birgə çıxış edib.
Konsertin maraqlı anlarından biri də, Emrenin bütün ifalarını Çağlanın gözlərinə baxaraq oxuması olub.