Fransa prezidenti Emmanuel Makron 2023-cü ildə Özbəkistana səfər edəcək.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov məlumat verib .
“Fransa prezidenti Makronun bu il Özbəkistana səfərinin praktiki əhəmiyyət kəsb etməsi üçün iki ölkə hökumətlərinin səyləri tələb olunur”, – deyə Qüdrətov Özbəkistan-Fransa ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.
Qeyd edək ki, səfər baş tutsa, Makron Fransanın Özbəkistana səfər edən ikinci prezidenti olacaq. 1993-cü ildə Özbəkistanın birinci prezidenti İslam Kərimov Avropanı dolaşaraq GFR, Hollandiya, Fransa və Böyük Britaniyaya səfər edib və buna cavab olaraq 1994-cü ildə Fransanın 21-ci prezidenti Fransua Mitteran Səmərqəndə səfər edib.
Məlumat üçün bildirək ki, Şavkat Mirziyoyev 2018-ci ilin oktyabrında və 2022-ci ilin noyabrında iki günlük Parisə səfər edib. Ötənilki səfər zamanı Mirziyoyev fransalı həmkarını onun üçün əlverişli vaxtda Özbəkistana səfərə dəvət edib .
Özbəkistan prezidenti iki dəfə Avropa İttifaqının üzvü olan Almaniyaya səfər edib. Şavkat Mirziyoyev onu bu həftə Berlində mayın 3-də kansler Olaf Şolzla apardığı danışıqlarda Özbəkistana dəvət edib .
Vikipediyaya görə , Fransa prezidenti Emmanuel Makron səfəri zamanı Daşkənd və Səmərqənddə olacaq.