“MALL”da silahla atəş açan azərbaycanlının cəzası bilindibackend

Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Qrinviç” ticarət mərkəzində atəş açmaqda təqsirli bilinən azərbaycanlı Razi Xəlilov istintaq təcridxanasında asayişi qəsdən pozub. O, apellyasiya şikayətini gözləyərkən 49 sutka cəzaçəkmə kamerasına salınıb.

Xəlilov məhkum edildiyi andan (2024-cü il sentyabrın 17-dən) Yekaterinburq 1 saylı istintaq təcridxanasına, sonra isə Kamensk-Uralskidəki həbsxanaya düşüb.

Məlumata görə, o, qadağan olunmuş əşyalara görə 26 sutka cəzaçəkmə müəssisəsinə göndərilib. O, müəssisənin əməkdaşına özünü təqdim etməkdən imtina etdiyi, təmizlik işləri görmədiyi, səhv vaxtda yatdığı və gəzinti zamanı digər məhbuslarla danışıqlar apardığı üçün 23 gün də cəza kamerasında qalıb. Onun həm söyüş söydüyünə, həm də gündüz yatmasına görə iki töhməti var.

Qeyd edək ki, Xəlilovun 4 il həbs cəzası aldığı epizod 2023-cü ilin noyabrında “Qrinviç” ticarət mərkəzində baş verib. İstintaqın məlumatına görə, Razi tanışı Hüseyn Allahverdiyevlə dava edib və hər ikisi silaha əl atıb. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. Onların vəkilləri hökmdən apellyasiya şikayəti veriblər və hazırda regional məhkəmə şikayətlərə baxır. Növbəti iclas fevralın 6-da keçiriləcək.

Xəlilov həbsdə olarkən qalmaqala girə bilib. 2024-cü il noyabrın 1-də Razinin video vasitəsilə qoşulduğu azərbaycanlı toyundan çəkiliş mediada yayılıb. /Lent.az