Real Madrid qorxusu? Məlumata görə, bu “qorxu” “Mançester Siti”nin Erling Haaland ilə yeni müqavilə imzalamasına səbəb olub.
Mançester Siti bu yay Erling Haaland ilə yeni müqavilə imzalamaqda ona görə maraqlıdır ki, onun hazırkı müqaviləsindəki mövcud bəndləri aradan qaldırsın və Real Madridin hərəkətə keçməsinə mane olsun.
YeniGündəm PulseSports – a istinadən xəbər verir ki, “Vətəndaşlar” digər klubların, xüsusən də “Real Madrid”in norveçli futbolçunu özlərinə cəlb etməyə çalışmasını çətinləşdirmək üçün hücumçuya daha uzun müddət təklif etmək istəyir.
“Mançester Siti” də ümid edir ki, potensial trebl (Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasında qalibiyyət) oyunçunu qalmağa inandırmağa kömək edəcək.
Norveçli forvard 2022/2023 mövsümündə “Mançester Siti”nin heyətində bütün yarışlarda 52 oyun keçirib, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Haalandın həftədə təxminən 400 min funt sterlinq maaşla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.