Maruva 630 minlik ziyan vuran gürcü saxlanıldıbackend

Ukrayna və Rusiyanın məşhur müğənnisi Maruvu (Anna Korsun) qarət edən şəxs saxlanılıb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Kiyev prokurorluğunun mətbuat katibi Nadejda Maksimets məlumat verib.

Onun sözlərinə görə, əməliyyat-axtarış tədbirlərinin nəticələrinə əsasən, şübhəli şəxs müəyyənləşdirilib. Bundan əlavə, şübhəli barədə polisə məlumat 24 yanvar tarixində verilib.

O, 1979-cu il təvəllüdlü Gürcüstan vətəndaşıdır. Məhkəmənin təyin etdiyi 630.000 qrivnadan (43 min 700 manat) ibarət bir əmanət hazırda sənətçiyə verilməyib.

Oğurluqda ittiham olunan şəxsi 12 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, 11 yanvar tarixində Kiyevdə Maruva məxsus maşına hücum olunaraq pul, sənəd və hədiyyələrin olduğu çanta oğurlanmışdı.