Masazır sakinlərindən Prezidentə şikayət – Vəzifəli şəxslər qəsəbədə qanunsuz tikililər aparırbackend
Bir qrup şəxs Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevə Abşeron rayonunda vəzifəli şəxslər tərəfindən edilən özbaşınalıqlarla bağlı müraciət edib.
Prezident İlham Əliyevin qanunsuz tikintilərlərlə bağlı göstərişlərinə əməl edilməməsi Abşeron rayonunun Masazır kəndində sakinlərin narazılığına səbəb olub.
Sakinlər Abşeron rayonunun Masazır kəndində Tikinti Məcəlləsinin tələblərini, tikinti norma və qaydalarını kobud şəkildə pozmaqla maklerlər tərəfindən heç bir standarta cavab verməyən evlərin tikintisinin günü-gündən artmasına, Abşeron rayon İcra Hakimiyyətinin isə bu qanunsuz tikililərə göz yummasına etiraz edirlər.
AzFakt.com saytı xəbər verir ki, sakinlər qarşılaşdıqları problem barədə dövlət başçısına ünvanladıqları müraciətdə yazırlar:
“Abşeron rayon İcra Hakimiyyətinin aidiyyəti vəzifəli şəxslərinə yaxın adamlar və digər vəzifəli şəxslər tərəfindən bu özbaşına və qanunsuz mənzillər tikildiyindən  onlara şərait yaradılır. Hörmətli prezident cənab İlham Əliyev bu özbaşınalıqların qarşısının alınması üçün Abşeron rayon İcra Hakimiyyətinə göstəriş verməyinizi xahiş edirik”-deyə, məktubda qeyd edilir.
Sakinlər qarşılaşdıqları problem barədə dəfələrlə ABşeron rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna getsələr də, başçı onları qəbul etməyib.
Babayev Aqil tofiq oğlu
Alışov Rüfət Əlizamin oğlu
Məmmədov Eldəniz Firdovsi oğlu
İsmayılov Eldəniz Nəsrəddin oğlu
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.