Abşeron rayonunun Masazır qəsəbəsində magistral su xəttinin ərazisi qeyri-qanuni olaraq satılıb.
AzFakt.com xəbər verir ki, Masazır qəsəbəsinin “Yoncalıq” deyilən ərazisindən keçən magistral su xəttlərinin üzərində artıq xeyli sayda evlər də tikilib.
Qəsəbədə baş verən qanunsuz tikililər gündən-günə vüsət almaqdadır.
Tikinti normativlərinə uyğun aparılmayan bu tikililərə Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə İcra nümayəndəsi Şahlar Əsgərovun “yaşıl” işıq yandırdığı deyilir.
Maraqlıdır ki, Masazır qəsəbəsində “Yoncalıq” adlanan ərazidə su xəttinin aşırımlarında və üzərində tikintilərin aparılmasına nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Fövqaladə Hallar Nazirliyinin aidiyyatı qurumları müdaxilə etmir.
AzFakt.com ərazidən hazırladığı geniş reportajı yaxın günlərdə oxuculara təqdim edəcək.
Bizi izləyin.