“Maşın” realiti-şousunda daha bir qalmaqal yaşanıb.
“Yenigundem” xəbər verir ki, şounun səkkizinci günündə vayner Mənsur Şərif SMS səsverməsinə çıxarılıb.
Oyunun gedişatı zamanı aktyor Sərxan Kərəmoğlu ilə müğənni Ramil Nabran arasında qarşıdurma yaranıb. Belə ki, S. Kərəmoğlu “Bu gün mən çıxmalı idim. Ramilə “bay-bay, get hoppalara” deməli idim” deyib.
R. Nabran isə “Bu, hər oğlanın işi deyil. Səsverməyə çıxıb məni çıxardarsan. Səsini qaldırma” deyə əsəbiləşib. Daha sonra onların arasındakı mübahisə davaya çevrilib. Aparıcı Murad Dadaşovla digər iştirakçılar müdaxilə edərək tərəfləri sakitləşdiriblər.