“Yuventus”un futbolçusu Blez Matuidi açıqlama verib.
“Yeni Gündəm”in məlumatına görə, o, koronavirusa yoluxmasından danışıb:
“Koronavirusun yayılma sürətini və nə qədər təhlükəli olduğunu anlamadım. Minlərlə insan bir neçə gün ərzində koronavirusa tutulub. Bu xəstəlikdən ailəmizi, yaxınlarımızı qorumalıyıq. Hamının qaydalara riayət etməsi vacibdir”.