MDB oyunları ilə bağlı ilk tenderin nəticəsi məlum oldu – 83 min manat ayrıldıbackend

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “AZ.ARXİTEKTURA” MMC (VÖEN- 6001265561) olub.

Müsabiqənin şərtlərinə görə, “AZ.ARXİTEKTURA” MMC Müstəqil Dövətlər Birliyi (MDB) oyunlarının keçiriləcəyi Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təmiri üçün layihə-smeta sənədlərini  hazırlayacaq və qarşılığında 83 min manat alacaq.

Məlumat üçün bildirək ki, MDB oyunları 2025-ci ildə Gəncə şəhərində keçiriləcək. Bu, sayca 3-cü MDB oyunları olacaq. İlk dəfə 2021-ci ildə Rusiyada (Kazan şəhəri) keçirilən MDB oyunları 2-ci dəfə 2023-cü ildə Belarusda (Minsk şəhəri) keçirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tender müsabiqəsi MDB oyunları ilə bağlı keçirilən ilk tender müsabqəsidir.