Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Şamil Vəliyevin vəfatı ilə bağlı başsağlığı verib.
“Yeni Gundem” xəbər verir ki, MEDİA-nın sosial şəbəkə paylaşımında qeyd olunub:
“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Əməkdar jurnalist Şamil Vəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”