Makron atəşkəsə çağırdı

“Yeni Gundem” xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron davam edən Fələstin-İsrail münaqişələri ilə bağlı açıqlamalar verib.

Fransadan yola düşən 17 ton humanitar yardım yükünün Misirə çatdığını bildirən Makron, “Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm” deyib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra hücuma keçən İsrail blokadada olan Qəzza zolağını bombalamağa davam edir. Hücumlarda yeni mərhələyə keçdiyini açıqlayan İsrail ordusu quru əməliyyatı üçün Qəzzanın şimal bölgəsinə cəmləşib.

Qəzzadakı Fələstin hökuməti bəyan edib ki, İsrail ordusu 1500-dən çox köçkünün sığındığı Ortodoks Mədəniyyət Mərkəzi və Yunan Məktəbini vurmaqla hədələyib.

Fransa prezidenti Emmanuel Makron davam edən qarşıdurmalarla bağlı sosial media hesabından açıqlama verib.

 “HUMANİTAR DAYANMA ÇAĞRISIMI TƏKRAR EDİRƏM”

Fransa prezidenti öz paylaşımında yazıb: “Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm”.

Fransadan yola düşən 17 ton humanitar yardım yükünün Misirə çatdığını bildirən Makron hava və dəniz yolu ilə işlərini davam etdirdiklərini qeyd edib.

Makron Fransanın Misir və Qızıl Aypara ilə həmrəy olduğunu vurğulayıb. İsrail ordusu da Qəzza zolağına hücumlarını gücləndirib.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 311-i əsgər olmaqla 1400 israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzaya verdiyi məlumata görə, İsrailin hücumlarında ölənlərin sayı 8 min 5-ə yüksələrək, 3 min 342-si uşaq, 2 min 262-si qadın, 20 min 242 nəfəri isə yaralanıb.

Mənbə: TGRT

Aynur Camal