Ümumdünya Boks Şurasının (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə superağır çəkidə keçmiş dünya çempionu, amerikalı Leon Spinks 67 yaşında vəfat edib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə “BoxingScene” portalı bildirib.
Qeyd edilir ki, onun ölümünə onkoloji xəstəlik səbəb olub. Sabiq idmançıya beş il əvvəl prostat vəzisi xərçəngi diaqnoz qoyulub.
Spinks 1976-cı ildə olimpiya çempionu olub. 1978-ci ilin fevralında əfsanəvi Məhəmməd Əli üzərində qələbə ona sensasiyalı dünya şöhrəti qazandırıb. 36 yaşlı Əli bu təkbətək döyüşlə karyerasını qurtarmağı planlaşdırıb, o, yüngül qələbəyə bel bağlayıb və demək olar ki, məşq etməyib.
Amma peşəkar rinqdə səkkizinci təkbətək döyüşə çıxan Spinks qələbə qazanıb. Əli revanşa görə karyerasını başa vurmaq fikrindən daşınıb. O, növbəti döyüşə yaxşı hazırlaşıb və həmin ilin sentyabrında Spinksə qalib gəlib.
Spinks peşəkar rinqdə ümumilikdə 46 döyüş keçirib, onun aktivində 26 qələbə (14 nokaut), 17 məğlubiyyət və 3 heç-heçə var.