Məhkəmə Əziz Orucov barədə qərar veribbackend

Məhkəmə “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov və Şamo Emin barəsində qərar verib.

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti bir ay uzadılıb.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Şamo Emin isə əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib. O, ötən ilin dekabr ayında həbs olunub. Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb./Report