Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik etdibackend

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə bildirilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”