Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təbrik etdibackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib.

“Yeni Gundem” xəbər verir ki, birinci xanım instaqramda qeyd edib:

“Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.