Mehriban Əliyeva Səmərqənddə təşkil olunan naharda iştirak etdibackend

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Səmərqənddə təşkil olunan naharda iştirak edib.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai də Səmərqənddə təşkil olunan naharda iştirak ediblər.