Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında cüdoçu Zelim Kotsoyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olması ilə bağlı paylaşım edib.
“Yeni Gundem” xəbər verir ki, paylaşımda deyilir:
“Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.