MEK-in “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı çapa təqdim olunubbackend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı çapa təqdim olunub.

“Yeni Gundem” xəbər verir ki,jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Almaniya, Macarıstan, Rusiya, Belarus, Özbəkistandan olan xarici mütəxəssislər təmsil olunur.
Yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələrini əks etdirən və digər elmlərlə kitabxana-informasiya sahəsi arasında əlaqə təşkil edən mövzulara yer verilib. Jurnalda, həmçinin “Əlavə rubrikalar” başlığı altında sahə üçün önəm kəsb edən maraqlı məlumatlar da əks olunub.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur.
Məlumat üçün bildirək ki, elmi məcmuə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 noyabr 2013-cü il tarixli əmri ilə qeydə alınmış, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tövsiyə edilən nəşrlər siyahısına daxil edilmişdir.
Jurnalın elektron variantı ilə bu link – https://en.calameo.com/read/00459548614f465a2a9ac vasitəsilə tanış ola bilərsiniz.

İctimaiyyətlə əlaqələr bölməsi
[email protected]
(012) 537 19 82