Təhsil Nazirliyindən məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook” səhifəsində məlumat verib:
O qeyd edib: “Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir”.
Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus pandemiyası ilə əlaqədar məktəblərin tamamilə distant təhsilə keçəcəyi ilə bağlı məlumatlar yayılıb.