Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur:
“Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir”.
Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:
“Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”./Report