Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramı çərçivəsində yüksək səviyyədə təşkil edilmiş seminarda Azərbaycanın qiymətli Gənc Könüllüləri ilə Milli Kimlik kontekstində Qərbi Azərbaycana qayıdışı müzakirə etdik əhəmiyyətini və alternativsiz olduğunu minnətdarlıqla qeyd etdik.
Üçüncü minillikdə dünyada baş verən geosiyasi proseslər fonunda xalqların milli kimlik ideologiyasına qarşı yönələn təhdidlərin və yeni çağırışların qarşısının alınmasında Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın gələcəyinə dair strateji baxış konsepsiyasının həyata keçirilməsində Azərbaycan gənclərinin, xüsusən də Könüllü Gənclər təşkilatlarının tutduğu vacib rol, bu konsepsiyanın həyata keçirilməsində fəal iştirakı məsələsi müzakirə olundu. Seminar iştirakçıları olan gənc könüllülər möhtərəm Prezidentimizin müxtəlif sahələr üzrə Gənclərin Könüllü təşkilatlarının fəaliyyətinə verdiyi qiymət minnətdarlıqla qeyd edildi. Seminarda gənc könüllülərin milli dövlətçilik maraqları naminə, hazırda xalqımızın vahid milli ideologiyasına çevrilmiş Qərbi Azərbaycana Qayıdış konsepsiyasının həyata keçirilməsində fəal iştirak etmək arzuları, gənclərimizin milli dəyərlərimizə, tariximizə olan sonsuz sevgisi, sonsuz vətənpərvərlik hissləri və milli ruhu həqiqi mənada qürurvericidir.