Məlahət İbrahimqızı seçicilərinə müraciət etdi – VİDEObackend

Qiymətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Seçicilərim, Əziz Sakinlər, Ağsaqqal və Ağbirçəklərimiz,Bacı və Qardaşlarım, Artıq 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə çox az vaxt qalıbdır.

Cəmi 8 gündən sonra Əziz Xalqımız növbəti dəfə sandıq başına gedərək yenidən öz seçimini edəcəkdir. Azərbaycan Xalqı çox müdrik xalqdır. Onun müdrik qərarı və seçiminin nəticəsidir ki, 1993-cü ildə ölkəmiz parçalanmaq, gənc müstəqil Dövlətimiz dağılmaq və müstəqilliyini itirmək ərəfəsində Xalqımızın, Sizlərin təkidli tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə Respublikamıza rəhbərliyə gəldi. Tarixə Qurtuluş günü kimi yazılmış 15 İyunda müdrik Xalqımız Qarabağ Zəfərinin təməlini qoydu. Dünya 8 Noyabr 2020-ci ildə Xalqımızın, Sizlərin necə Vətənsevər və dövlətçi, uzaqgörən və müdrik olduğunun şahidi oldu. Var olun. O dövrdən bugünə Azərbaycanı sevməyən qüvvələr Sizlərin, Əziz Millətimizin Heydər Əliyev siyasətinə, onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sədaqətinizin şahidi oldu. Eşq olsun Azərbaycan Xalqına, Eşq olsun Sizin hər birinizə!

Əziz Seçicilərim, Bu ilin fevral ayında Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilən ilk Prezident seçkilərində Sizin, xalqımızın mütləq əksəriyyətinin səsi ilə və toy, bayram əhval-ruhiyyəsi ilə Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev yenidən Respublikamıza Prezident seçildi. İnanın və əmin olun ki, gələcək nəsillər tarixin qızıl səhifələrinə yazılacaq Sizin bu müdrikliyinizi və uzaqgörənliyinizi yüksək qiymətləndirəcək.

Qiymətli Nəsimi-Binəqədi Seçiciləri,
Xatırlatmaq istərdim ki, təbliğat-təşviqat mərhələsinin 16-cı günündəyik. Biz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası və onun hər bir üzvü dəyərli Seçicilərimizə və onların sədaqətli və prinsipial qərarlarına inanırıq. Əminik ki, 1 sentyabrda qədirbilən Azərbaycan Xalqı, eləcə də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə hər bir seçici növbəti dəfə Yeni Azərbaycan Partiyasının vahid Namizədinə səs verəcəkdir. Öncədən bir daha bütün görüşlərdə mənə olan səmimi münasibətə, fəal iştirakınıza görə Sizin hər birinizə təşəkkür edirəm.

Əziz Seçicilərim,
Keçirdiyim görüşlərdə sizi narahat edən və üzləşdiyiniz problemləri qısa xülasəsini və qaldırılan təkliflərin hesabatını diqqətinizə çatdırmağı özümə borc bilirəm.
1. Pensiya yaşına, xüsusilə də qadınların pensiya yaşına yenidən baxılması;
2. Uşaq pulunun verilməsi ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmaq və müzakirələr aparmaq;
3. Beynəlxalq təcrübəni öyrənərək 65 yaşdan sonra əməq müqaviləsinə xitam verilməsi məsələsinə yenidən baxılması;
4. Orta məktəblərin ibtidai siniflərində oxuyan şagirdlərə ən vacib qida inqridiyentlərdən ibarət yemək paketinin verilməsi məsələsini qaldırmaq;
5. Nəsimi rayonu ərazisinə aid olan 1-5 Mikrorayonların əksər binalarının istilik sistemində ciddi problemlərin olması;
6. Mikrorayonlarda Sovet dövründə inşa edilmiş yaşayış binalarının (el arasında Xruşşovka adlanır) bir çoxunun hələ də zirzəmi hissəsində kanalizasiya xəttlərinin yararsız olması;
7. Kanalizasiya xəttlərinin yararsız olduğu bu binalarda üfunətli qoxuların və müxtəlif həşaratların sakinlərdə ciddi narahatçılıq yaratması;
8. Bu zirzəmilərin vaxtlı-vaxtında dezinfeksiya olunmaması;
9. Bəzi məhəllələrdə içməli su təchizatında fasilələrin uzun olması;
10. Blokların işıqlandırılması ilə bağlı problemlər;
11. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində 1-5 Mikrorayonlar üzrə 200-dən çox məhəllədə yüksək səviyyədə təmir-abadlıq işləri başa çatsa da, onlarla məhəllələrin də abadlaşmasına ehtiyac olduğu;
12. 200-dən çox Abad həyətlərin işıqlandırılma məsələsinin mərkəzləşdirilmiş qaydada həll edilməsi;
13. Yararsız vəziyyətdə olan bir sıra evlərin dam örtüklərinin təmirə ehtiyac olması;
14. Məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinə və mədəniyyət işçilərinə də “Sosial Evlər” layihəsindən istifadə etmək hüququnun verilməsi;
15. Parkingdən istifadə qaydalarının sadələşdirilməsi;
16. Uşaqların asudə vaxtlarının keçirilməsi üçün mini idman meydançalarının kifayət etməməsi;
17. 4-cü Mikrorayonda yerləşən Nigar Rəfibəyli adına Uşaq Kitabxanasının əsaslı təmir olunması;
18. Müvafiq icra orqanları qarşısında 4-cü Mikrorayonun Binəqədi rayon ilə kəsişdiyi ərazidə olan yaşıllıq zolağının abadlaşdırılmasını qaldırmaq;
19. Təhsil və Səhiyyə sahəsində texniki işçilərin əmək haqqının artırılması haqqında müvafiq dairələrdə məsələ qaldırmaq;
20. Aliment verilmə qaydalarının daha da təkmilləşdirilməsi və alimentdən yayınma hallarının qarşısının alınması ilə bağlı aidiyyatı strukturlara müraciət etmək;
21. Hərbiçi ailələrin sosial problemlərinin, xüsusən də, onların mənzil təminatı ilə bağlı mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi;
22. Küçə adlarında əbədiləşdirilmiş Əziz Şəhidlərimizin adlarının önündə mütləq “Şəhid” sözünün əlavə edilməsi.

Əziz ⁠21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Seçicilərim, diqqətinizə çatdırdığım bu problemlər təbliğat-təşviqat tədbirləri zamanı keçirdiyimiz müxtəlif görüşlərdə Sizlər tərəfindən səsləndirilən təklif və problemlərdir. Çox sağ olun. Sizi əmin etmək istərdim ki, əgər mənə etimadınızı qazanıb Parlamentə seçilərəmsə, əvvəllər də olduğu kimi, var qüvvəmlə sizin üzləşdiyiniz problemlərin həllinə çalışacağam.
Bir daha xatırlatmaq istəyirəm ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə 11 istiqamətdən ibarət vahid Platforma ilə gedir. Bu Platforma Partiyamızın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqının daha güclü rifahı və daha güclü Azərbaycan dövləti naminə yaxın, orta və gələcək vaxtlarda həyata keçirdiyi daxili və xarici siyasəti əsasında hazırlanıbdır.

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Bir daha bu görüşlərdə fəal iştirak etmənizi xahiş edirəm.
Bizimlə 7/24 əlaqə saxlamanızı rica edirəm.

Telefon: +99450 255-21-42

E-mail: [email protected] / [email protected] / [email protected]

Facebook: https://www.facebook.com/mibrahimgizi?mibextid=ZbWKwL

İnstaqram: https://www.instagram.com/ibrahimgizi?igsh=bzNsNmx2Y3RyenB1

X səhifəsi: https://x.com/MalahatIbrahim1?t=eKSZA23Z8zqS7oMj4sn9gw&s=09