Xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın 60 illik yubileyi keçirilib.
“Yeni Gundem” xəbər verir ki, mərasimdə ən çox diqqət çəkən məqam Xalq artisti, xanəndə Alim Qasımovun təbriki olub. Xanəndə bu günə kimi heç bir yerdə oxumadığı dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından Məcnunun obrazını ifa edib.
Onu zalda “Məcnun”un rolunda görən Mələkxanım Əyyubova “Leyli” obrazından bir parça oxuyub. Bu duet tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Xalq artisti Mələkxanım Əyyubova Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu duet bədahətən alınıb: “Operanı Alim müəllimlə oxumuşam. Amma bu duet mənim yubileyimdə proqrama salınmayıb, bədahətən alınıb. Biz bunu rejissorla Alim müəllimə sürpiz etdik. Düşündük ki, gecədə Alim müəllimə söz verərik və mən həmin anda “Leyli” obrazından bir parca oxuyaram. Yəqin həmin anda Alim müəllim də “Məcnun” obrazı ilə qarşılıq verər. Əgər biz bunu ona desəydik, razı olmayacaqdı. Bədahətən oxundu və çox gözəl alındı”. Qaynarinfo