III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklər bu qrupda müsabiqə vəziyyətinə təsir etməyəcək. III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.
“Yeni Gündəm”-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bir növ III qrupda gərginlik aşağı düşəcək: “300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.