Xalq artisti Məleykə Əsədovanın qızı Gülər məzun olub.
Aktrisa övladının məzun günündən fotolar paylaşaraq, təəssüratlarını yazıb:
“Şükür olsun Allahıma, qızımın son zəngini gördüm. Son zəng… Çox şükürolsun mənim ağıllı qızım məktəbi bitirdi. Məktəbdə oxuduğu illərdə Gülərimə dərs deyən müəllim kollektivinə təşəkkür edirəm. Təhsil aldığı 11 il ərzindəmüəllimlər hər zaman qızımın savadından, tərbiyəsindən gözəl fikirlər söylədilər. Qızım bu illər ərzində tərbiyəsi və mədəniyyəti ilə başımı uca edib. Birinci sinfə getdiyim gün – ilk məktəb günü bügünki kimi yadımdadır. Gözəl Allahım qızımı, bütün övladları xoşbəxt etsin. Ən əsası sağlam can və ağıl arzu edirəm. Allah valideynləri övladı ilə sevindirsin. Ürəyim qızımın aldığı nəfəslə döyünür”.
Axsam.az