Melkonyan: “Ermənistan Türkiyənin bütün tələblərini qəbul edib”backend

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soqyırımı”nı inkar edən geniş yazı ilə çıxış etməsi İrəvanda geniş müzakirə mövzusudur.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı ölkənin əksər siyasətçiləri və ekspertləri açıqlama veriblər.

Təbii ki, onlar Paşinyanı tənqid edərək, “soqyırımı” inkar etməsini “satqınlıq” adlandırıblar. Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyan bu hadisənin “tarixi faktlara” söykəndiyini iddia edib. O deyib ki, guya, Osmanlı dövründə türklər erməniləri “məqsədli şəkildə” “məhv etməyə” çalışıb.

Türkoloq Ruben Melkonyan isə məsələyə başqa şəkildə yanaşıb. O bildirib ki, Ermənistan hakimiyyəti faktiki olaraq Türkiyənin ilkin şərtlərinin tam paketini qəbul edib. Onun sözlərinə görə, Paşinyanın Ağrı dağından imtina etməsi, gerbi və himni dəyişdirmək üçün addımlar atması və ardından da “soqyırım”ı inkar etməsi həmin razılaşmanın tərkib hissəsidir.Tribunainfo.az