Əməkdar artist Tünzalə Ağayeva ARB TV-də yayımlanan “Hüseynova Bacıları” verilişində qonaq olub.
“Yeni Gündəm” big.az-a istinadən bildirir ki, veriliş zamanı əməkdar artist özü haqqında danışaraq hər kəsi kövrəldib:
“Mən əməliyyat olunduqdan sonra hər şey sıfıra sıfıra döndü. Aktrisa kimi fəaliyyətimdə də hər şey sıfır oldu. Mən başa düşdüm ki, efirə mən kök olaraq lazımimişəm. Hətta aparıcı kimi məni qəbul etmədilər”.
Tünzalə həyat yoldaşı haqqında danışaraq bildirib ki, xoşbəxt qadındır: “Mən xoşbəxt qadınam ki, yanımda əsl Azərbaycan kişisi var”.