“Mən tamaşaçılara geyimlərimin qiymətini açıqlamıram” — Aygündən maraqlı açıqlama – VİDEObackend
Müğənni Aygün Mahmudova maraqlı açıqlamalar verib.

“Yeni Gündəm” xəbər verir ki, ifaçı ARB-də yayımlanan “Shownews” verilişinin kameraları qarşısına keçib.

O, son zamanlar sosial şəbəkədə onu qınayanlardan danışıb.

“Nə etsən, nəsə bir pis tərəfini tapıb mütləq mənfi rəylər yazacaqlar. Əvvəllər baxırdım, çox pis olurdum. İndi onların heç

birinə fikir vermirəm. Nə paylaşım etsəm də, aidiyyatı oldu-olmadı, neqativ bir şey tapırlar. Nə etsən də xeyri yoxdur. Həmin o, istifadəçiləri qara siyahıya atmıram, sadəcə fikir vermirəm, oxumuram, vəssəlam”.

Bundan başqa o, geyim tərzindən də söz açıb.

“Bacardığım qədər müasir tərzdə geyinirəm. Şükür, bir sıxıntım yoxdur. Mən tamaşaçılara geyimlərimin qiymətini açıqlamıram, əsas burada zövqdür. Zövqlü geyinirsənsə, qiymətin heç bir önəmi yoxdur”,- deyə, o, bildirib.

Qeyd edək ki, Aygün 2008-ci ildə rejissor Kənan Mahmudov ilə ailə həyatı qurub. Cütlüyün üç övladı var.

 

Yenigündəm.az