backend

Səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil görəcəyi işlərindən danışdı. Yeni fotosessiya çəkdirən ifaçıdan çox iddialı açıqlama da gəldi.

Cəmil “Yenigundem”-e bildirib ki, öz janrında rəqib tanımır: “Sənətdə özümə heç kimi rəqib görmürəm. Məsələn mənə bəzən darıxdırıcıdır. Çünki mənim janrımda rəqabət aparan hələ ki, yoxdur. Mən istəyərdim ki, öz janrımda rəqibim olsun. O bir vokal, mən də birini oxuyum. Mənim bu günə qədər rəqibim yoxdur, olmuyub və olmayacaqda. Təəssüf ki, bu gün yerli şou-biznesdə ikinci bir Cəmili görmürəm. Məndəki 4 aktavalı səs, mahnıya olan münasibət heç kimdə yoxdur”. Etdiyi yeni işlərə güvənən Cəmil bu açıqlaması ilə həmkarlarını qıcıqlandırmasa yaxşıdır. Xatırladaq ki, Cəmilin yeni mahnısı tezliklə geniş kütləyə təqdim olunacaq.Tarixi isə müğənni hələ ki, sirli saxlayır.