“Mənə o paltarı geyindiyimə görə tərbiyəsiz dedilər, nə qədər ağlamışam…”backend

Müğənni Mənzurə Musayeva “Xəbər-Ətər” verilişində göz yaşlarını saxlaya bilməyib.

“Yeni Gündəm” xəbər verir ki, buna səbən ifaçının bir müddət əvvəl Azərbaycan bayrağının rənglərindən ibarət paltar geyinməsi olub.

Tənqidlərə məruz qalan müğənni bu sözləri deyib: “Bilsəydim bu qədər qınağa çevriləcəm, o paltarı geyinməzdim. Paltarı sevinə-sevinə geyinmişdim və özümlə qürur duyurdum. İnanırsınız ki, nə qədər ağlamışam… Mənə o paltarı geyindiyimə görə tərbiyəsiz dedilər.

Məndə olan tərbiyə onların özündə yoxdur. Təki mənim kimi tərbiyəli olsunlar. Hər kəs sevinc hissini bir cür büruzə verir. Torpaqlarımız alındı deyə belə paltarı geyindim, çox xoşbəxt idim”.