ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi meyxanaçı Mehman Əhmədli olub:
“Yeni Gündəm” xəbər verir ki, meyxanaçı yayılan qalmaqalı səs yazısından danışıb:
“Kiminsə səsimi yazacağını düşünmədim. Fikirləşdim ki, kimsə mənimlə məzələnir. Çünki birdən-birə mənə yarıçılpaq qadın şəkili atdılar. Elə bildim sənət yoldaşlarımızdan biridir, məzlənir. Arada meyxanaçılar bir-birimizlə zarafat edirik. Sonra gördüm ki, artıq məsələ uzanır, sağollaşdıq”.