“Mənim günahımdır da, boynuma alıram. Mən niyə o yaşlarda anamı məcbur edib elçi göndərməli idim?!”
“Yeni Gundem” news24.az-a istinadən xəbər verir ki, bunu “Qaranlıqda həqiqət”in qonağı proqramında şair Məmməd İsmayıl deyib.
Şair həmin elçilikdə onlara qarşı ağır söz deyildiyini bildirib:
“O elçilikdə deyildi ki, bizim itə verməyə adamımız olar, amma yetimə verməyə qızımız yoxdur. Anam elçilikdən gəldikdən sonra 3 gün 3 gecə göz yaşları ilə deyirdi ki, gorun çatlasın ay Mürşid (atası), gör nə günlərə qaldıq ki, sənin oğluna, qızıl gözlü balana qız vermədilər. Sevdi, amma ona qız vermədilər”.