34 yaşı var, 26 yaşından -7 ildir ki, Astarada Burzubənd kənd tam orta məktəb direktoru olaraq fəaliyyt göstərir. Yaşadığı bölgədə ən gənc məktəb ditektoru kimi tarixə düşüb. Eyni zamanda vəzifəsini ləqayətlə yerinə yetirməyi və ixtisaslı kadrlar yetişdirməyi qarşısına əsas meyar qoyub.
Moderator.az-ın müsahibi cənub bölgəsinin ən gənc məktəb direktoru Turan Rəfiyevdir.
– Demək olar ki, ən gənc məktəb direktorlarındansınız. Bu yaşda belə bir nailiyyətə sahib olmağın yəqin ki, çətin tərəfləri də var.
-Əlbəttə ki, nailiyyət asan əldə edilmir. 2009-cu ildən məktəbdə müəllim kimi çalışmağa başlamışam. 2014-cü ildən Burzubənd kənd tam orta məktəbdə direktor vəzifəsində çalışıram. Gənc direktor olaraq gənclərin içində olmaq, onlarla yaxından ünsiyyət qurmaq, onlara dəstək olmaq, maarifləndirmək əsas meyarımdır. Bu yaşda insan daha potensiallı, innovativ olmaqla bərabər eyni zamanda yeniliklərə meyilli olur, öyrənməyə can atır. Mən də bu işdə öz sözünü demiş təcrübəli kadlarla söhbətdən, onların iş təcrübəsindən yararlanmağa çalışıram. Məktəb rəhbəri, müəllimi, təhsil işçisi olaraq məqsədimiz gələcəyimiz üçün ixtisaslı kadr, hərtərəfli şəxsiyyət yetişdirməkdir. Ona görə çalışırıq ki, hər şeydən əvvəl şagirdlərə mükəmməl təhsil, sağlam elm verək. Bununla yanaşı şagirdləri müasir dövrün tələblərinə uyğun yetişdirməyə çalışırıq. Əlimizdən gəldiyi qədər şagirdlərə texnoloji biliklər veririk. Onların bu sahadə bacarıqlarının artırılmasına cəhd edirik. Eyni zamanda məktəb kollektivi olaraq zəif şagirdlərlə əlavə dərslər təşkil edirik.
-Qarşınıza qoyduğunuz məqsədləriniz nələrdən ibarətdir?
– Məktəb olaraq əsas məqsədlərimizdən biri hər il ali məktəbə qəbul olan şagirdlərin sayını və və nəticələrini yüksəltməkdir. Bundan əlavə Təhsil Nazirliyinin verdiyi “Grand layihələr” üzərində işləyirik. Gələcəkdə “Grand layihələr”in qalibi olmağı düşünürük.
– Statistikaya əsasən erkən evlənmə ən çox cənub bölgəsində rast gəlinir. Məktəbdə qızların yarımçıq məktəbdən çıxrıb ailə qurması halları ilə rastlaşmısınızmı? Qızların təhsilinin tam olaraq başa çatdırması üçün nələr edirsiniz?
– Hər hansı bir sahədə inkişaf olduqda orada problemin olması normaldır. Desəm ki, hazırda təhsilimizdə heç bir problem yoxdur, o zaman yalan danışmış olaram. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən ölkənin təhsil sistemində problem olub. Amma bu problemlərin miqyası zaman keçdikcə kiçilməyə başlayıb, indi erkən nikahla heç bir problem qalmayıb.
Məktəbimizdə hər il “erkən nikaha son” adı altında silsilə tədbirlər keçiririk. Fəsadları haqda biologiya müəllimləri, psixoloqlar, hətta dəvət etdiyimiz həkimlər də fikirlərini bildirməklə bu problemi həll etməyə birgə çalışırıq. Erkən nikahla bağlı şagirdləri və hətta valideynləri belə valideynlər iclasında təlimatlandırmaq çox nəticə verib. Belə ki, cənub bölgəsi artıq erkən nikahla tanınmır. Ucqar dağ kəndlərindən artıq çoxlu məzun qızlarımız müxtəlif ali təhsil ocaqlarına daxil olub və təhsilini davam etdirir. Hər il məktəbimizdən ali və orta ixtisas məktəblərinə daxil olan qızların sayı artır. Cari tədris ilində 20 məzundan 10-u qız şagirdimiz idi, həmin şagirdlərdən ikisi ali, 4-ü orta ixtisas müəssisələrinə qəbul olunub.
-Tədris ili başlananda yeni dərsliklər şagirdlərin ixtiyarına verildi. Onları nə dərəcədə effektiv hesab edirsiniz? Növbəti tədris ilində hansı formada yenilənmələrini istərdiniz?
– Artıq siniflərə tamamilə yeni dərsliklər verilib. Orada proqramın dəyişikliyi nəzərə alınıb. IV sinif buraxılış hesab edilir, VIII sinif isə bir növ buraxılış sinfinə hazırlıqdır. Bunu nəzərə alaraq proqramı daha da genişləndirib, zənginləşdiriblər. Yeni dərsliklərin paylanmasından az vaxt keçib. Bu müddət ərzində fikir bildirmək tezdir, amma artıq bunun effektini görürük.
Kifayət qədər ideyalar var. Hər zaman tədris planı və tələb olunan standartlar çərçivəsində hər hansı innovasiyalara əl atmağa çalışırıq. İmkanlar genişdir, bütün məktəblər internet şəbəkəsinə qoşulub. Yetər ki, müəllim üzərində işləsin.
Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.
Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Matematika” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Xəyalə Rəis