Məşhur avtomobil istehsalçısı “Mercedes-Benz”in xalis mənfəəti 2024-cü ilin üçüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54% azalıb.
Bu barədə şirkətin müvafiq dövr üzrə maliyyə hesabatında bildirilib.
Hesabata görə, onun rüb üzrə xalis mənfəəti 1,7 milyard avro təşkil edib ki, bu da 2023-cü ilin üçüncü rübündən (3,7 milyard avro) 54% azdır.
Doqquz ay ərzində ümumi xalis mənfəət 31% azalaraq 11,3 milyard avrodan 7,8 milyard avroya düşüb.
Üçüncü rübdə minik avtomobillərinin satışından əldə edilən əməliyyat mənfəəti də 64% azalaraq 3,31 milyard avrodan 1,19 milyard avroya düşüb.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, Avropa avtomobil istehsalçıları elektrikli avtomobillərin istehsalında geriləmə ilə bağlı avtomobil sənayesinin gələcəyi uğrunda qlobal yarışda Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə qarşı-qarşıyadırlar./Yeniavaz.com