backend

Noyabrın 13 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz Mərdəkan Mədəniyyət Sarayında iki qardaş ölkənin dostluğuna həsr olunmuş ”Azərbaycan-İran dostluq konserti” təqdim edib. Öncə sarayın foyesində İran İslam Respublikasının əl işlərindən ibarət sərgisi nümayiş olunub.

“Yenigundem” in məlumatına görə,tədbirdə Mədəniyyət Sarayında fəaliyyət göstərən “Lalələr”, rəqs kollektivi ilə yanaşı “Köhnə Bakı”, “Xəzri”, “Nağara ritm qrupu” nun – şən ifaları tamaşaçılarda böyük maraq yaradıb. Gənc müğənnilərdən Anar Nəbiyevin, Rəsul Zamanın, Rəhman Mirzəzadənin, Əli Əliyevin, Nuray Rəhmanın, Aytac Qəhrəmanovanın şən, ritmik ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edəki tədbirin informasiya dəstəyi “Yenigundem” informasiya agentliyi idi