Mərkəzi Bank Aydın Talıbovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC-yə daha bir protokol yazdıbackend

“Veysəloğlu” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. Bu, MMC-yə son bir ayda yazılan dördüncü protokoldur.

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır. Baxış iclasının tarixi açıqlanmayıb.

Qeyd: “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC “Veysəloğlu qrup”a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur.