Azərbaycan Mərkəzi Bankı (AMB) “Milliön” ödəniş terminallarının və M10 elektron pul qabının sahibi olan “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
Bu barədə AMB məlumat yayıb.
Lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib
Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir.