Azərbaycan Mərkəzi Bankı (AMB ) “Merkuri BOKT”, “BOKT AZPUL” və “Nova Credit BOKT”-nin vəzifəli şəxslərini cərimələyib.
Bu barədə AMB məlumat yayıb.
Aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Merkuri Bank olmayan kredit təşkilatı” ASC-nin və “Nova Credit Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsləri 1 500 manat, AZPUL MMC-nin vəzifəli şəxsi isə 4 500 manat məbləğində cərimə edilib.