“Mərkəzi Bank qanunu pozur” – Əkrəm Həsənovbackend

Xəbər yayılıb ki, Mərkəzi Bank İran Milli Bankının Bakı filialının fəaliyyətini məhdudlaşdırıb. Hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Deməli, əmanət qəbul etməyi də yasaq edib.

“Yeni Gundem”-in xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

““Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən Mərkəzi Bank  bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda sonrakı iş günündən gec olmayaraq mediada bu barədə elan verməli və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirməlidir. Başqa sözlə, bu qərarını ictimaiyyətdən gizlədən Mərkəzi Bank qanunu pozur. Adəti üzrə…”, – Ə.Həsənov qeyd edib.