Məryəm Seyidbəyli barəsində tərtib olunan inzibati protokola bu tarixdə baxılacaqbackend

Tarix elmləri doktoru Məryəm Seyidbəyli barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb.

“Yeni Gundem”-in xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə iyunun 5-də baxılacaq.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.