Meşə idarəsinin direktoru imtahandan kəsilən şəxsi 2 min manata işə götürübbackend

Ötən ilin noyabrın 15-də 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyadan kəsilən işçilərin bəziləri fəhlə kimi işə yenidən götürülüb. Bu barədə Cumhuriyyet.net-ə daxil olan məlumatlarda deyilir ki, mərkəzin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev attestasiyada lazimi bal toplamayıb işdən çıxarılan Əliyev Elman Arif oglunu fəhlə kimi işə qaytarıb.

Məlumatlarda iddia olunur ki, Elman Əliyevin işə götürülməsində Rahib Ağayev xüsusi fəallıq göstərib. Elman Əliyev isə bunun üçün 2 min manatından keçib. Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə, Rahib Ağayev səhhətini bəhanə edərək noyabrda keçirilən attestasiyada iştirak etməmişdi. Əsl səbəb isə imtahan suallarını bilməməsi olub.  İşçilərin sözlərinə görə, istər direktor Nəsimi Nəsibov, istərsə də Rahib Ağayev meşəçilikdən uzaq adamlardır. İxtisas təhsilləri belə yoxdur.

 

 

 

 

 

 

İnternet resurslarında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov barədə qanunsuz ağac qırıntıları, meşə torpaqlarının satılması halları və s. ilə bağlı kifayət qədər faktlar mövcuddur. Onun meşəyə şəxsi biznesi kimi baxdığı yayılan məlumatlar sırasındadır.