Aktrisa Tanju Tuncel 83 yaşında vəfat edib.
“Yeni Gundem” xəbər verir ki, bu gün dünyasını dəyişən aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb. “Geniş aile”, “Ruhsar”, “Dadı”, “Eyvah, eyvah” kimi bir çox layihələrdə yer alan Tanju Tuncel qocalar evində yaşayırdı.
O, açıqlamalarından birində “Çox xoşbəxtəm, amma nə olursa olsun bütün sənət dostlarımı axtarıram. Hamınızı çox seviəm. Yaşadığınız hər nəfəsin qədrini bilin” sözlərini söyləmişdi.