Məşhur ana-bala “Sevgi” üçün bir araya gəldi – Videobackend

Müğənni Rəqsanə İsmayılova və qızı Aysun ilk duet layihələrini təqdim ediblər.

“Yeni Gündəm” xəbər verir ki, məşhur ana və bala yeni “Sevgi” adlı mahnını ifa edib. Sözügedən bəstənin müəllifi Fərid Kərimliyə məxsusdur. Rəqsanə və Aysun “Sevgi”yə klip də çəkdiriblər.
Onlar bunun üçün rejissor Rəşad Həsənova müraciət ediblər. Ekran işi Rusiyada lentə alınıb və ifaçıların obrazı üzərində rusiyalı stilistlər çalışıb.
Klip hər iki ifaçının rəsmi “Youtube” səhifəsində yerləşdirilib.