Moldovada Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini, hakim partiyanın deputatı Yuri Pasat arı sancmasından vəfat edib.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı deputat arı sancması nəticəsində yaranan anafilaktik şok nəticəsində dünyasını dəyişib.