Məşhur diş həkimi Şamil Rzayevdən şikayət var- “BU ADAM CAMAATI MƏHV ETMƏYƏ DAVAM EDİR”..backend

Tanınmış stomatoloq Şamil Rzayevdən kütləvi şikayətlər var.

Ajans.az-ın məlumatına görə, blogger Ramal İsayev bu barədə sosial şəbəkələrdə paylaşım edib. O bildirib ki, stamatoloq ona ciddi ziyan vurub və onu məhkəməyə verəcək:

“Şəxs barəsində rəsmi şikayət olunacaq. Keçən dəfə susdum. Dedi ki, paylaşma, etdiyim səhvlərin xərci nədirsə, mən ödəyəcəm. Baxıram ki, bu adam utanmaz-utanmaz camaatı məhv edir. İnanın ki, o adam 10 nəfərə diş düzəldibsə, 7-si narahatdır. Onun barədə məhkəməyə şikayət edəcəm. Onun ucbatından neçə aydır ki, dişlərimdə problem var. Mənə Şamilin heç nəyi lazım deyil! Sağlamlığımdan önəmli deyil! Deməli, başqa klinikaya getdim. Onun etdiyi işdə o qədər səhv tapdılar ki… İmplantı çıxardığı üçün sümüyümdə problemlər var. Ayıb deyil?!”.

Blogger həmçinin qeyd edib ki, rəqqasə Renkanın bacısı da həmin stomatoloqla problem yaşayıb.