Surinam əsilli niderlandlı veteran futbolçu və baş məşqçi Klarens Zeedorf qaradərili insanlarla bağlı açıqlamalar verib.
İtaliya mediasına danışan 44 yaşlı qaradərili mütəxəssis iş tapa bilməməkdən şikayətlənib: “İtaliyada 12 il futbol oynamışam. “Milan”da uğurlu məşqçilik karyeram da olub. Amma nə İtaliyadan, nə ölkəm Niderlanddan baş məşqçi olaraq təklif aldım. Nədənsə qaradərililər futbolun önəmli vəzifələrində yer almır”.
“Anri niyə Kanadaya, Vieyra niyə Nyu Yorka getdi? Avropa futbolunun tarixinə düşsələr də, qaradərililərə şans verilmir” – deyə, Zeedorf bildirib.
Qeyd edək ki, Zeedorf futbolçu karyerası ərzində Niderlandda “Ayaks”, İtaliyada “Sampdoriya”, “İnter”, “Milan”, İspaniyada “Real” və Braziliyada “Botafoqo” klublarında çıxış edib. Veteran yarımmüdafiəçi ümumilikdə 20 kubok qazanıb ki, onlardan da 4-ü Çempionlar Liqasıdı.
2014-cü ildə baş məşqçiliyə başlayan Zeedorf bir müddət əfsanəyə çevirildiyi “Milan”ı çalışdırıb. Daha sonra Çinin “Şenzen” klubuna başçılıq edib (2016) və 2018-ci ildə İspaniya təmsilçisi “Deportivo”nu 16 oyuna çıxarıb. 2018-2019-cu illərdə Kamerun millisini çalışdaran Zeedorf 10 oyunda iş başında olub.Fanat.Az