Məşhur prodüser reanimasiyaya yerləşdirildi – FOTObackend

Rusiyanın “Na-na” qrupunun məşhur prodüseri, musiqiçi Bari Alibasov Moskvada xəstəxanaya yerləşdirilib.

Bu barədə onun oğlu məlumat yayıb.

Özünü pis hiss edən Alibasov xəstəxanaya yerləşdirilməzdən bir qədər əvvəl vəkili Sergey Jorinə şəxsən zəng edərək onunla və həyatla vidalaşdığını deyib.

Hazırda reanimasiyada olan 76 yaşlı musiqiçiyə hələlik diaqnoz qoyulmayıb.

Qeyd edək ki, prodüserin səhhətindəki problemlər üçüncü mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra başlayıb. O, bir neçə dəfə onurğasından əməliyyat olunub./Axşam.az

BARI.jpg (97 KB)